SON XƏBƏRLƏR

Britaniyanın dövlət naziri Azərbaycanla müzakirələri mühüm adlandırıb

2022.02.02, 08:13
Britaniyanın dövlət naziri Azərbaycanla müzakirələri mühüm adlandırıb

Gunaz.tv

Böyük Britaniya bu barədə tviter hesabında yazıb.

“Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla əla telefon danışığı. 2022-ci ildə diplomatik münasibətlərin 30 illiyini qeyd edərkən Ukrayna, regional təhlükəsizlik və Azərbaycan Böyük Britaniya tərəfdaşlığının gücləndirilməsi ilə bağlı mühüm müzakirələr”, - Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri qeyd edib.

Xatırladaq ki, tərəflər dünənki telefon danışığı zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar. Tərəflərin müzakirə mövzusunu regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər təşkil edib. 

Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən nazirlər bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar