SON XƏBƏRLƏR

Mərivanda etirazçılara atəş açılıb-Onlar nəfər yaralanıb

2022.11.07, 09:34
Mərivanda etirazçılara atəş açılıb-Onlar nəfər yaralanıb

Gunaz.tv

Noyabrın 6-da əslən Mərivan şəhərindən olan və Tehranda hökumət məmurları tərəfindən döyülərək öldürülən Nəsrin Qadirinin ölüm xəbəri yayıldıqdan sonra bu şəhərdə izdihamlı etiraz aksiyası keçirilib.

Etirazçıların qarşısını almağa çalışan hökumət məmurları əliyalın vətəndaşlara odlu silahlardan atəş açıblar. 

İnsan haqları fəallarının verdiyi məlumata görə, 35 nəfər güllə yarası alıb və onlardan bəzilərinin vəziyyəti ağırdır.

Qeyd edək ki, fəlsəfə doktoru olan Nəsrin Qadiri nümayişlər zamanı hökumət məmurları tərəfindən döyülüb və başına dəyən çox saylı dəyənək zərbələrindən komaya düşən 35 yaşlı qadın noyabrın 5-də xəstəxanada həyatını itirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar