SON XƏBƏRLƏR

“Erkən nikah və onun fəsadları“-QHT Cəlilabadda tədbir keçirib    

2022.03.23, 06:04
“Erkən nikah və onun fəsadları“-QHT Cəlilabadda tədbir keçirib    

Gunaz.tv

 Bu barədə “Gender Bərabərliyi” İctimai Birliyinin sədri, lahiyənin rəhbəri Şəkərxanım Əliyeva məlumat verib. Onun sözlərinə görə, layihə 3 ay müddətinə- fevralın 1-dən mayın1-ə dək davam edəcək.

“Lənkəran, Cəlilabad, Biləsuvar  və Salyan rayonlarının hərəsində iki tədbir həyata keçirəcəyik. Layihənin məqsədi erkən nikahin səbəbləri və onun yarada biləcəyi fəsadları barədə təbliğatı gücləndirməkdir”-deyə, Ş.Əliyeva bildirib.
İctimai birliyin sədrinin məlumatına görə, növbəti tədbir  Cəlilabadda keçirilib.

Qz99teO.jpg

Rayonun Heydər Əliyev Mərkəzinin  akt zalında “Yarımçıq təhsil, erkən nikah…Sonu görnüməyən gələcək” layihəsi çərçivəsində  “Erkən nikah və onun fəsadları“ mövzusunda  tədbir keçirilib. Tədbiri Cəlilabad rayon İcra Hakimiyyətinin uşaqlarla iş üzrə məsləhətçi –psixoloq Günay İbadova  açıb. İştirakçıları salamlayan Günay İbadova  tədbirin mahiyyəti haqqında danışıb. 

Gender Bərabərliyi İB-nin sədri və layihə rəhbəri Şəkərxanım Əliyevaya donor və layihənin məqsədi   haqqında ətraflı məlumat verib. 

Sonra layihənin hüquqşünası Araz Nurməmmədov layihə ilə bağlı ətraflı məlumat verib və layihənin məqsədlərini açıqlayıb. Bildirib ki, son zamanlar erkən nikahların sayı artıb. 

“Azyaşlını erkən nikaha cəlb edən hər kəs, o cümlədən erkən nikaha məcbur edən valideynlər, Azərbaycab Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır”-deyə, o, bildirib. 

Ekspert Ş.Dadaşova erkən nikah, səbəb və fəsadları barədə iştirakçılara məlumat verib. 

“Nikah –kişi və qadının istəyi ilə həyata keçirilən evlilikdir. Erkən nikah nikah 18 yaşına çatmamış şəxslərin ailə qurmasıdır. Erkən nikahlar icra hakimiyyəti orqanları tərəfindən qeydə alınmır. Erkən nikahlar qanunsuz hesab edilir və heç bir hüquqi qüvvəyə malik deyil”-deyə, o, əlavə edib.

yA2kly1.jpg

Daha sonra ekspert erkən nigahın səbəbləri (ictimai, psixoloji, maddi )və fəsadları (fiziki və psixoloji travmalar) ilə bağlı məlumat verilib və müzakirələr aparılın. 

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin meneceri Nigar Ağakişiyeva  tədbirdə çıxış edib. O,  gənclərə  könüllülük haqqında sual verib.

"Biz hər dəfə gəncləri və ya valideynləri gunahlandırırıq. 

Biz gənclərin sosiallaşmasına, könüllü fəaliyyət göstərməsinə hər hansı dəstək göstəririkmi? Hal hazırda bu gənclər valideyndən asılıdır və valideynlərin qərarına uyğun hərəkət edir. Biz təkcə burda valideynləri günahkar hesab etməyək, çünki valideynlər də düzgün qərar verir"-deyə, o, bildirib. 

Agentliyin rəsmisi onu da qeyd edib ki, erkən nikahdan yayınmanın ən başlıca yolu  təhsilə önəm vermək və sosiallaşmaqdır. 

Buna misal olaraq qeyd edib ki, gəncləri könülülülük fəaliyyətinə cəlb etməklə, onları kənar təsirlərdən qorumaq mümkündür: "Əminəm ki, siz öz valideynlərinizə yaxşı mənada təsir göstərə bilərsiniz".

Nigar xanım qeyd edib ki, bu il Ailə qadın, gender məsələri istiqməti üzrə Agentliyə daxil olan layihələrdən 37-si  maliyə dəstyi alıb ki, bunların da  böyük əksəriyyəti erkən nikahla bağlıdır. 

O, bildirib ki, hər hansı problem olarsa, oxsar hadisələrlə bağlı aidiyyatı QHT-lərə müraciət etmək mümkündür.  

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi çıxışını Ulu öndər H.Əliyevin sözü ilə bitirib: “Aliə Ümumbəşəri dəyərdir”!

Tədbir iştirakçıları Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və Gender Bərabərliyi İctimai Birliyinə təşəkkür edib. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı və təklifləri qeyd olunub.

Tədbirdə çay-kofe fasiləsi olub.

 Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar