SON XƏBƏRLƏR

Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

2022.02.25, 10:48
Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

Gunaz.tv

Bu fikirlər Türk Dövlətləri Təşkilatının Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatında əksini tapıb.

"Bu gün təkcə şəhərin və onun əhalisinin məhv edilməsinin ildönümü deyil, həm də insanlığa və beynəlxalq ədalətə olan inamın itirilməsinin ildönümüdür. Biz hələ də əminik ki, hərbi cinayəti törədənlər beynəlxalq hüquqi mexanizmlər qarşısında məsuliyyət daşıyacaq və bu, qlobal sülhün gələcəyi üçün nümunə olacaq.

İndi Azərbaycan Respublikası qardaş Azərbaycan xalqının müdrik liderliyi və iradəsi ilə Qarabağın 30 ilə yaxın işğalına və vəhşicəsinə istismarına son qoyub, tarixi ədaləti, onun milli ləyaqətini və ərazi bütövlüyünü bərpa edib.

Türk Dövlətləri Təşkilatı beynəlxalq sülh və sabitliyə sadiq qalır və bu kontekstdə İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallıq nəticəsində regionda uzunmüddətli dinc inkişafın bərqərar olmasını dəstəkləyir.

Xocalı qurbanlarının və sağ qalanların acı xatirəsi hələ də Türk dünyası xalqlarının qəlbindədir. Bununla biz TDT olaraq Xocalı soyqırımı qurbanlarını ehtiramla yad edir və bu Anım Günündə Azərbaycan hökuməti və qardaş xalqının yanında olmağa davam edirik", - bəyanatda bildirilib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar