SON XƏBƏRLƏR

BMT “Ərk” Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin iki mühüm bəyanatını nəşr edib

2022.08.19, 05:44
BMT “Ərk” Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin iki mühüm bəyanatını nəşr edib

Gunaz.tv

"Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti “Ərk” 51-ci sessiyaya iki mühüm bəyanat göndərib.

BMT-nin İnsan Haqları Şurası tərəfindən rəsmi olaraq hökumətlərə təqdim edilən iki mühüm bəyanat "Urmu gölü fəlakətli ölüm astanasındadır" və "Şərqi Azərbaycanın Vərziğan bölgəsində, Sünqun mis mədəni işçilərinin tətili" mövzularındadır.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu iki yazılı bəyanatın ingiliscə mətnini alıb və bunu İqtisadi və Sosial Şuranın 31/1996 saylı qərarına əsasən nəşr edilib.

Qeyd edək ki, Azərbaycan İnsan Hüquqları Cəmiyyəti “Ərk” BMT-nin ECOSOC-da (İqtisadi və Sosial Şurası) məşvərətçi səlahiyyətə malikdir

Həmişə olduğu kimi, İnsan Hüquqları Şurasının 51-ci sessiyasında fəal iştirak edir.

BMT-nin Hüquq Şurasının iclası 12 sentyabrdan 7 oktyabra qədər Cenevrədə davam edəcək.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar