SON XƏBƏRLƏR

Türkcə çəkilmiş “Atabay” filmi İranda ən çox satılan üç filmdən biri olub

2021.12.20, 13:45
Türkcə çəkilmiş “Atabay” filmi İranda ən çox satılan üç filmdən biri olub

Gunaz.tv

Siyahıda üçüncü yeri tutan və Niki Kəriminin rejissorluğu ilə çəkilən “Atabay” filmi “Gəşt” və “Dinamit” filmlərindən sonra bir həftəyə 807,000,000 milyon tümən bilet satışı ilə ən çox baxılan filmlərdən biri olub.

Türkcə filmin ekranlara çıxarılandan bu günə kimi qısa müddət ərzində 3,297, 000,000 milyard tümən bilet satışı güney azərbaycanlıların və İranda yaşayan türklərin filmi rəğbətlə qarşılamalarının nəticəsidir.  

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi olan Hadi Hicazifərin doğulduğu Xoy şəhərinin yaxınlığında çəkilib.

Əsas süjet xətti romantik münasibətlər haqqında olan filmdə H.Hicazifər eyni zamanda baş rolda çəkilib.

Uğursuz sevgi hekayəsi və ailə daxili mənfi hadisələr nəticəsində tək qalan Kazım yeni bir sevgi hekayəsinə qədəm qoyur.

"Atabay" filmi ilk dəfə 38-ci Fəcr Beynəlxalq Kinofestivalında ekranlara çıxıb və 5 müxtəlif nominasiyaya təqdim edilib.

Film güneyli rejissor Niki Kəriminin ən yaxşı əsəri kimi tanınır.

"Atabay" filmi İranın ilk kino jurnalı olan və kino tənqidçilərinin jurnalı kimi tanınan aylıq “Film” jurnalı tərəfindən 38-ci Fəcr kinofestivalının ən yaxşı əsəri kimi seçilib.

 

Açıklama yok.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar