SON XƏBƏRLƏR

Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

2022.04.27, 15:57
Türkdilli dövlətlərin Konstitusiya Məhkəmələri Şurası təsis olunub

Gunaz.tv

İclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib.

Qazaxıstan tərəfi isə tədbirə videoformatda qatılıb.

İclasda türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.

Azərbaycanı tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təmsil edir. O, "Report"un yerli bürosuna açıqlamasında türkdilli dövlətlərin belə bir Şurasının yaradılmasının vacib xarakter daşıdığını bildirib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar