SON XƏBƏRLƏR

Türkiyə F-16 qırıcılarının satışı ilə bağlı ABŞ-dan müsbət qərar gözləyir

2023.01.03, 09:45
Türkiyə F-16 qırıcılarının satışı ilə bağlı ABŞ-dan müsbət qərar gözləyir

Gunaz.tv

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “Kriter” jurnalının yanvar sayına müsahibəsində deyib.

“Biz ümid edirik ki, ABŞ Konqresində sazişin təsdiqi prosesi yanvarda başlayacaq. Bu, təkcə Türkiyənin deyil, ABŞ və NATO-nun da maraqlarına uyğundur. Əks halda, milli təhlükəsizlik çərçivəsində ehtiyaclarımızı qarşılamaq üçün lazımi addımları atmaq qabiliyyətimiz və qətiyyətimiz var”, - deyə Kalın bildirib.

Ərdoğanın nümayəndəsi Türkiyə və ABŞ nümayəndə heyətlərinin 2022-ci ildə F-16 məsələsi ilə bağlı bir sıra texniki danışıqlar apardığını xatırladıb və onları konstruktiv adlandırıb.

Bundan başqa, Kalın əlavə edib ki, ABŞ prezidenti Co Bayden bu məsələdə Ərdoğana şəxsi dəstək vəd edib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar