SON XƏBƏRLƏR

Türkiyədə iranlı mühacirlərin sayı kəskin artıb

2023.03.28, 10:56
Türkiyədə iranlı mühacirlərin sayı kəskin artıb

Gunaz.tv

Bu barədə İran İmmiqrasiya Məcmuəsinin ötən günəş ili ilə bağlı hazırladığı hesabatda bildirilib.

Hesabatda mühacirətin əsas səbəbləri kimi ölkə iqtisadiyyatında hökm sürən böhran, korrupsiya və azadlıqların daha da məhdudlaşdırılması göstərilib.

Bununla yanaşı Tehran rejiminin bütün əks-təbliğatlarına baxmayaraq, xaricə köçmək istəyən iranlıların ən azı 10%-nin İsrailə yerləşmək arzusunda olduqları qeyd edilib.

İranın İmiqrasiya İlliyi Məcmuəsinin yazdığına görə, iranlıların getmək istədikləri əsas ölkələr BƏƏ, Amerika, Kanada, Almaniya, Türkiyə, Böyük Britaniya, İsveç, Avstraliya, İsrail və Küveytdir.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar