SON XƏBƏRLƏR

Türkiyə şirkəti Təbrizdə 500 nəfərlik iş yeri açır

2022.03.05, 06:15
Türkiyə şirkəti Təbrizdə 500 nəfərlik iş yeri açır

Gunaz.tv

Layihə Şərqi Azərbaycan İnvestisiya və İnkişaf Şurasının toplantısında təsdiq olunub.

Məsələ ilə bağlı Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm açıqlama verib.

O,  əyalət rəhbərliyinin özəl sektor sərmayələrini bölgəyə cəlb etmək üçün etimad mühitinin yaradılmasına ciddi yanaşdığını söyləyib.

Qeyd edək ki, bundan öncə fevral ayının əvvəllərində başqa bir türkiyəli iş adamı “Səhlan Xüsusi İqtisadi Bölgəsi”ndə böyük məbləğdə sərmayə qoyacağı və 10 min nəfərin işlə təmin olunacağı sənaye müəssisəsinin açılışının razılaşdırılması barədə məlumat vermişdi.

“Şərqi Azərbaycanın müxtəlif elmi və sənaye sahələrində bacarıqlı, ixtisaslaşmış gənclər var.

Səhlandakı investisiya layihəsi ənənəvi fəaliyyətlərdən fərqli olaraq texnologiyaya əsaslanacağna görə, Universitetlərin və elmi-texnoloji mərkəzlərin əməkdaşlığına ehtiyacımız var”-deyə, türkiyli iş adamı bildirmişdi.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar