SON XƏBƏRLƏR

Türkiyəli ekspert: "ABŞ və Rusiya Mənbicə qədər sahəni PKK terrorçularından təmizləməlidir"

2022.02.07, 08:09
Türkiyəli ekspert: "ABŞ və Rusiya Mənbicə qədər sahəni PKK terrorçularından təmizləməlidir"

Gunaz.tv

Bunu türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib.

O, qeyd edib ki, adıçəkilən bölgədə yaşayan kürdlər PKK təzyiqindən qurtulmalıdır:

"Belə olarsa, ABŞ və Rusiya təkcə həmin regionda Türkiyəylə gəldiyi razılığın şərtlərini pozmayacaq, eyni zamanda Ankaranın geosiyasi mənafelərinə qarşı çıxış etməyəcəklər".

Ekspert bu versiyanın Türkiyə üçün mümkün fəsadlarını da qeyd edib:

"Türkiyənin sərhədləri boyunca belə bir terror təhlükəsinin mövcudluğu, ölkənin təhlükəsizlikdən, geosiyasi maraqlarının təmin edilməsinə, həmçinin Yaxın Şərqdəki proseslərdə aktiv iştirakına böyük təhdiddir". (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar