Türkiyəli hərbi-siyasi ekspert: “İran əməkdaşlıq təklifimizə cavab vermədi”

14.10.2021, 09:20

"İran regionun aktiv ölkələrindən biridir. Yəni bölgədə baş verən siyasi, hərbi proseslərdə lazımi diqqət tələb edən ölkədir.

Gunaz.tv Quote | Gunaz article

Ancaq bütün bunlara rəğmən İran Türkiyə və Azərbaycanın göstərdiyi dəstəyə layiq olmayan fikirlər səsləndirməkdədir. Hesab edirəm ki, İranın bu bəyanatları həm siyasi, həm də hərbi xarakter daşıyır. 

Nəzərə almaq lazımdır ki, Azərbaycanın 30 illik haqq davası olan Vətən müharibəsində İran, həm İslam dövləti, əhalisinin yarısından çoxu Azərbaycan türkləri, həm də qonşu dövlət olmasına rəğmən Azərbaycanın əleyhinə mövqe nümayiş etdirdi".

Bu fikirləri türkiyəli hərbi-siyasi ekspert Coşkun Başbuğ bildirib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsi zamanı İran hökumətinin Ermənistana və "qondarma rejimə" dəstəkləri Cənubi Azərbaycan bölgəsində kəskin etirazla qarşılanmasaydı, belə yardım və maddi-texniki təminatların ardı-arası kəsilməzdi: "Yarısı türk və müsəlman olan bir ölkənin nə üçün bu cür çirkli əlaqələr qurduğunu düşünmək lazımdır. 

Bu əlaqələrə, əməllərə və faktiki addımlara etiraz edildiyi təqdirdə də, İranın hansı təzyiq metodlarından istifadə edərək öz vətəndaşlarını susdurduğu da hər kəsə məlumdur".

Coşkun Başbuğ İranın "3 qardaş" təlimlərinə narahatlığına da toxunub: "İranın Azərbaycan, Türkiyə və Pakistanın birgə keçirdiyi "3 qardaş" hərbi təlimlərindən də narahatlığı aydın hiss olundu. 

Açığı, bu, təəccüb doğurmuşdu. Yəni regionun ən qüdrətli İslam dövlətlərinə belə mənasız qısqanclıq anlaşılan deyil. Halbuki biz İrana 3+3 formatında birgə əməkdaşlıq təklif etmişdik. Ancaq İran bu təklifləri və jestlərə cavab vermədi".

Ekspert vurğulayıb ki, İranda dövlət idarəetmə sistemi Azərbaycanın hərbi və diplomatik sahədə uğurlarını qısqanclıqla qarşılayır və bunu özünə təhlükə mənbəyi kimi görür: 

"Bu məsələ son günlərin problemi deyil, yüz illərdən gələn, Cənubi Azərbaycandakı əhalidən yaranan əndişədən yaranan narahatlıqdır. Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycana, onun milli maraqlarına qarşı çevrilmiş hər bir hərəkət öz daxilində böyük çaxnaşmaya səbəb olacaq addımdır". (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

2021-12-02

gun az article

Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 28-ci iclasında iştirak edib

2021-12-02

gun az article

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün imkanlar var"

2021-12-02

gun az article

Prezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verib

2021-12-02

gun az article

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması işlərinə başlanılıb

2021-12-02

gun az article

İsfahanda yeni aksiyalara çağırış edildi: Şəhər fərmandarından narazılara xəbərdarlıq

2021-12-02

gun az article

Hikmət Hacıyev Sülh sazişinin əsas şərtlərini açıqladı

2021-12-02

gun az article

MİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətirib

2021-12-02

gun az article

Ann Linde: “ATƏT Cənubi Qafqazda regional əməkdaşlığın qurulmasında maraqlıdır”

2021-12-02

gun az article

Mövlud Çavuşoğlu: "Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb"

2021-12-02

gun az article

İran Səhiyyə Nazirliyi: “Sistan-Bəlucistanda AİDS xəstəliyinə tutulanların 68 faizi öz xəstəliyindən xəbərsizdir”

2021-12-02

gun az article

Hüseyn Əmir Abdullahiyan: “Qərb xoş niyyətlə məsələyə yanaşsa yaxşı bir razılaşmanın əldə olunması mümkündür”

2021-12-02

gun az article

Prezidentin köməkçisi jurnalistlərə müraciət edib

2021-12-02

gun az article

Türkdilli ölkələrin əlaqələri yeni mərhələdə-VİDEO

2021-12-02

gun az article

Gənc rejissor Beynəlxalq Teatr Festivalında

2021-12-02

gun az article

Anar Kərimov: "Azərbaycan uzunmüddətli sülhə hazırdır"

2021-12-02

gun az article

Yeni idarəetmə modeli: Qarabağda tətbiqinə başlanılır

2021-12-02

gun az article

Tanınmış tənqidçi, teatrşünas Anar Burcəliyev mükafatlandırıldı

2021-12-02

gun az article

Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib

2021-12-02

gun az article

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti: "İlham Əliyev mədəniyyətlər arasında sülhün təşviqində mayak rolunu oynayıb"

2021-12-02