SON XƏBƏRLƏR

Türkiyəli nazir müavini: “Erməni vandallar Qarabağın mədəni irsinə qarşı cinayətlər törədiblər”

2022.05.13, 05:28
Türkiyəli nazir müavini: “Erməni vandallar Qarabağın mədəni irsinə qarşı cinayətlər törədiblər”

Gunaz.tv

Nazir müavini qeyd edib ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərində xüsusi tonlar özünü göstərməkdədir: “Erməni vandallar Qarabağın mədəni irsinə, memarlıq abidələrinə və tarixi əhəmiyyət daşıyan yerlərinə qarşı çox böyük cinayətlər törədiblər. Lakin, buradakı əsərlərdə, əslində o torpaqlarda olan ümidi görə bilirik.

Çünki, qədim tarixə malik bir mədəniyyətiniz varsa, heç kim onu məhv edə bilməz”.

Özgül Özkan Yavuz, Azərbaycan mədəniyyətinin köklü tarixə malik olduğunu vurğulayıb: “İnanırıq ki, Azərbaycan bu cür zəngin tarixi keçmişə malik mədəniyyəti ilə Qarabağın tarixi simasını bərpa edəcək və əvvəlkindən də yaxşı vəziyyətə gətirəcək.

Biz də bu məsələ ilə bağlı Türkiyə dövləti olaraq, nazirliyimiz, müvafiq qurumlarımız ilə bütün əməkdaşlıqlara maraqlıyıq”. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar