SON XƏBƏRLƏR

Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

2021.11.30, 15:02
Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

Gunaz.tv

Bu barədə məlumatı "TRT Haber" yayıb.

Türkiyəli nazir telefon danışığı zamanı general-polkovnik Elçin Quliyevə və general-polkovnik Zakir Həsənova başsağlığı verib.

H.Akar Qaraheybətdə həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar