SON XƏBƏRLƏR

"İranın nüvə proqramı Türkiyəni də təhdid edir"-Səfir

2022.04.15, 10:26
"İranın nüvə proqramı Türkiyəni də təhdid edir"-Səfir

Gunaz.tv

Aprelin 12-də nəşr olan yazıda səfir Türkiyə və İsrail dövlətlərinin bölgədəki təhdidlərə qarşı birgə əməkdaşlıqlarının vacibliyini qeyd edib.

“Türkiyə və İsrailin bir sıra məsələlərdə, o cümlədən Fələstin məsələsində ortaq mövqeyə malik olmamaları təbiidir. Ancaq hər iki ölkənin geostrateji maraqları regionun təhdidlərinə qarşı yaxın və çoxtərəfli əməkdaşlıq etməyi tələb edir”-deyə, türkiyəli diplomat bildirib.

O, Terkiyə və Ankaranın terrorizmlə bağlı ortaq fəaliyyətlərinin zəruriliyini qeyd edib və bunun Orta Doğudan başqa bir çox bölgələrdə, o cümlədən Orta Asiya, Qafqaz və Afrikada da müdbət nəticələr verəcəyini söyləyib.

Səfir, İsrail prezidentinin Ankaraya son səfərinə toxunaraq yazıb ki, Türkiyə-İsrail münasibətlərini dəyişmək fürsətindən istifadə etmək üçün iki ölkənin xalqı öz prezidentlərinə dəstək olmalıdır.

Qeyd edək ki, bundan öncə 2011-ci ildə Türkiyənin Amerikadakı səfiri Namik Tan, İranın nüvə proqramını təhdid adlandıraraq bildirmişdi ki, İranın nüvə proqramı ilə bağlı Amerika razılığa gəlsədə Türkiyə bununla barışmayacaq.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar