SON XƏBƏRLƏR

Türkiyə ordusu Suriyadakı kürd qruplaşmasına ultimatum verdi

2022.12.08, 09:01
Türkiyə ordusu Suriyadakı kürd qruplaşmasına ultimatum verdi

Gunaz.tv

Bu barədə “Al Jazeera” Ankaradakı mənbələrinə istinadən məlumat yayıb. Türk komandanlığı Hələb əyalətinin şimalındakı 3 rayonu tərk etməyi tələb edib. Məlumata görə, kürd dəstələri Ayn-əl-Arab, Mənbic və Tell-Rifaat rayonlarından çıxmalıdır.

“Ankara öz ultimatumunu Suriyadakı rus və amerikan hərbçilərinə verib”-deyə mənbə vurğulayıb.  Türkiyə silhalı birləşmələrin oradan çıxmaları üçün onlara iki həftə vaxt verib. Ankara bəyan edib ki, ultimatumun müddəti uzadılmayacaq.

“Xalq özünümüdafiə qüvvələri” ərəb və kürdlərdən təşkil olunmuş “Demokratik Suriya Qüvvələri”nin əsas özəyini təşkil edir. DSQ Rakka və Haseke əyalətlərinin, həmçinin Deyr-əz-Zorun şimal-şərq hissəsinə nəzarət edir.

ABŞ-dan dəstək alan bu kürd hərbi birləşmələrinin əlində Suriya ərazilərinin 27 faizi cəmləşib. Onlar əsas neft yataqlarına da nəzarət edirlər.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar