“Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik”-Ceyhun Bayramov

07.06.2022, 21:25

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. İkinci Qarabağ müharibəsi ilə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yarandı”.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində bildirib.

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət dəyərləndiririk. 

Bu, Türkiyə və Azərbaycanın Ermənistana verdiyi müsbət mesajların bir nümunəsidir.

Türkiyə və Azərbaycan Ermənistana açıq şəkildə deyirlər ki, bizim Ermənistanla heç bir problemimiz yoxdur. Biz Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq və əgər Ermənistan müvafiq addımlar atsa, beynəlxalq hüquqa hörmət etsə, regional reallıqları düzgün başa düşsə, bu yolla müsbət nəticələr əldə etmək mümkün olacaq”, – deyə nazir bildirib.

Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunan Ceyhun Bayramov Azərbaycanın Türkiyəyə 19 milyard ABŞ dolları məbləğində sərmayə qoyduğunu, bunun 17 milyard dollarının enerji sahəsinə aid olduğunu diqqətə çatdırıb.

Nazir müsahibəsində bir sıra səbəblərdən, eləcə də Ukraynadakı gərginliklə əlaqədar Avropada çox ciddi enerji böhranı olduğunu, təbii qazın Cənub Qaz Dəhlizi ilə Avropaya daha artıq nəqli üçün çoxlu müraciətlərin olduğunu bildirib.

Ceyhun Bayramov deyib: “Azərbaycan ilə Türkiyənin əməkdaşlığı və potensialı ilə Avropa bazarına əlavə təbii qaz çıxarmaq imkanları var. Burada uzun illər ərzində müəyyən edilmiş uğurlu enerji strategiyası öz bəhrəsini verir. Bu gün ölkələr əlavə təbii qaz üçün müraciət edirlər. 

Bu infrastruktur layihələri böyük çətinliklərin öhdəsindən gələrək vaxtında həyata keçirilib. Çünki o vaxtlar o qərarlar qəbul ediləndə bir çox ölkələrin ərazilərindən keçməkdə çox böyük müqavimət və çətinliklər var idi. Lakin onların öhdəsindən gəlindi və layihələr həyata keçdi. 

Bunun sayəsində həm Türkiyə, həm də Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, xalqlarımızın rifahını yüksəltmək, bu böhranlı vəziyyətdə digər qonşu ölkələrə kömək etmək imkanı var”. (azpost.info)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31