SON XƏBƏRLƏR

“Türkiyəsiz bu böhranın həlli mümkün olmayacaq"-Amerikalı diplomat

2021.11.16, 10:57
“Türkiyəsiz bu böhranın həlli mümkün olmayacaq"-Amerikalı diplomat

Gunaz.tv

Cefri Suriyanın bütün dünya üçün qeyri-adi dərəcədə ciddi və təhlükəli məsələ olduğunu bildirib.

“Üç ildir ki, münaqişə dondurulub, çox dəyişiklik olmayıb. İran və Rusiya tərəfindən dəstəklənən qruplaşmalar münaqişə yaradırlar. Bundan başqa, Türkiyənin 2018-ci ildən bəri həyata keçirdiyi əməliyyatlardan sonra vəziyyətdə heç bir dəyişiklik olmayıb”, - amerikalı diplomat qeyd edib.

Rusiyanın Suriya və bölgə ilə bağlı çox ciddi iddiaları və istəklərinin olduğunu söyləyən Cefri bunun ciddi təhlükələrə səbəb olacağını da vurğulayıb: “Rusiya müflis olmuş dövlətdən yararlanmağa çalışır. Orada öz ordusunu qurmaq istəyir”.

Cefri İranın Suriyadakı hədəflərindən də danışıb, Tehranın regionda Qərbə qarşı hakim güc olmaq istəyini deyib və Suriya probleminin həll olunmamasının İranın bölgədəki şanslarını artırdığını qeyd edib.

O, İran və Rusiyanın törətdiyi hərbi cinayətlərin, kimyəvi silahlardan istifadələrinin və təhlükəsizlik sisteminə qarşı təxribatlarının həyacan səviyyəsinə çatdığını söyləyib.

O, İranın Suriyada ikinci Livan yaratmağa çalışdığını bildirib: “Livan dağıdılmış dövlətdir. Onu bir “marionetka” edir. Suriyada da bunun olmasını istəyirlər”.

Türkiyənin təhlükəsizlik problemlərinə görə bölgədən çıxmaq istəmədiyini qeyd edən Cefri vurğulayıb: “Türkiyə sərhədi boyunca özünü müdafiə etməlidir. PKK məsələsi çox ciddi məsələdir”.

Ceyms Cefri bildirib ki, Türkiyəsiz Suriya məsələsi həll oluna bilməz: “Bu, ABŞ və Türkiyə arasındakı əməkdaşlığı məcbur edir”. (teleqraf.com)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar