SON XƏBƏRLƏR

Türkmən əsilli Sərdar Azmun Rusiyada ilin ən yaxşı futbolçusu seçilib

2021.12.24, 15:51
Türkmən əsilli Sərdar Azmun Rusiyada ilin ən yaxşı futbolçusu seçilib

Gunaz.tv

Adıçəkilən nəşr 6 ildir ardıcıl olaraq “Rusiyada ilin futbolçusu” mükafatını təqdim edir. 

Rusiya mətbuatının yazdığına görə, rəy sorğu dörd qrup arasında keçirilir və sonda dörd qrupunda səslərinin toplamından çıxarılan nəticəyə görə ilin futbolçusu müəyyənləşdirilir. 

Bu dörd qrupun hər birində 16 baş menecer, 16 peşəkar baş məşqçi, 16 jurnalist və 16 futbol həvəskar cəmləşib. 

Bu il Sərdar Azmun toplam 140 xal toplayayıb və rəqibindən 4 bal fərqlə birinci yeri tutub. 

26 yaşlı ulduz futbolçu növbəti mövsüm üçün “Zenit” komandası ilə müqaviləsini yeniləməyib və onun Fransa liqasına qatılacağı ilə bağlı xəbərlər yayılıb. 

Qeyd edək ki, Sərdar Azmun Güney Azərbaycanda və İranda xüsusilə türklər arasında ən çox bəyənilən futbolçulardan biridir. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar