SON XƏBƏRLƏR

"“Traxtur” yenidən əzəmətli günlərinə qayıdacaq"- Rusiyada çıxış edən türkmən futbolçu Sərdar Azmun

2022.01.06, 18:03
"“Traxtur” yenidən əzəmətli günlərinə qayıdacaq"- Rusiyada çıxış edən türkmən futbolçu Sərdar Azmun

Gunaz.tv

Öünün sSosial media hesabında fanatları ilə danışığı zamanı tanınmış futbolçu “Traxtur” klubunun yenidən əzəmətli günlərinə qayıtmasnı arzulayıb.

“Bir daha bildirirəm ki, mən “Traxtur” klubunun aşiqi, fanatıyam. Açığı mən əvvəllər “Traxtur”çu deyildim. Ancaq sonradan bu komandanın tərəfdarlarının coşqusu və komandalarına dəstək forması məni cəzb etdi”-deyə, ulduz futbolçu canlı yayında bildirib.

O, “Traxtur”un son oyunundan sonra klub fanatlarından birinin ürək tutmasından da danışıb. Türkmən futbolçu "Traxtur" fanatlarına başsağlığı verib.

Qeyd edək ki, Tehranın “Perspolis” klubu ilə oyunda 1-2 hesablı məğlubiyyətdən sonra  “Traxtur” fanatlarından biri keçirdiyi sarsıntıdan dünyasını dəyişib.

““İstiqlal” və “Perspolis”də yaxşı komandadırlar. Ancaq heç bir komanda mənim üçün “Traxtur” ola bilməz”-deyə, Sərdar Azmun vurğulayıb.

Qeyd edək ki, “Sport Exspress” nəşrinin illik rəy sorğusunun nəticələrinə görə, İranın Günbəd-Kavus bölgəsində anadan olan və hazırda “Zenit” klubunda çıxış edən Sərdar Azmun Rusiyada "İlin ən yaxşı futbolçusu" seçilib. 

26 yaşlı Sərdar Azmun Güney Azərbaycanda və İranda xüsusilə türklər arasında ən çox bəyənilən futbolçulardan biridir. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar