SON XƏBƏRLƏR

“İran nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinə qarşı çıxacaq”-Erməni iranşünas

2022.08.19, 07:46
“İran nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinə qarşı çıxacaq”-Erməni iranşünas

Gunaz.tv

Emma Beqicanyan “Armenpress” agentliyinə müsahibəsində xatırladıb ki, Rəisinin açıqlaması açıq şəkildə Türkiyə və Azərbaycana yönəlib.

“Mən belə başa düşürəm ki, İran prezidenti sərhədlərin dəyişdirilməsini, yəni “dəhliz” ideyasını ölkəsinin qırmızı xətti hesab edir və iranlılar nəyin bahasına olursa olsun buna qarşı çıxırlar.

Bu o deməkdir ki, İran hərbi müdaxiləni belə istisna etməyəcək. Laçın dəhlizi köçürülsə belə, təbii ki, bu, İran üçün əlverişsizdir, amma müdaxilə etməyib. Ancaq Ermənistana təzyiq edilərsə, müdaxilə edəcək”,-deyə o bildirib. 

Ekspertin iddiasına görə, bundan başqa, Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru əlaqəsi yaratmaq istədiyi “qondarma” dəhliz indi Azərbaycan prezidenti Əliyevdən daha çox Türkiyə prezidenti Ərdoğana lazımdır. Çünki 2023-cü ildə prezident və parlament seçkiləri keçiriləcək və Ərdoğan demək olar ki, indidən uduzub.

Bu dəhliz Ərdoğanın neo-osmançılıq və pantürkist vəsvəsəsinin türklərin millətçi hissləri ilə oynayaraq onlara “300 milyon türkü bu yolla bir araya gətirəcəklərini” vəd edərək səs qazana biləcəyi bir kartdır.

Sitat: “İranın Türkiyə və Azərbaycan ərazisindən da keçən yolu var, lakin bu, Tehran üçün etibarlı deyil və İranın Gürcüstan, Rusiya və Avropaya çıxış üçün alternativ yollara ehtiyacı var.

Bu baxımdan Ermənistan “dost ölkə və etibarlı tərəfdaş” kimi İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir”. (Azad İran)

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar