Erməni mifi beynəlxalq məhkəmələrdə də fiaskoya uğrayır

09.12.2021, 14:08

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılması”nı təmin etməyib.

Gunaz.tv Quote | Gunaz article

Məhkəmədə, həmçinin Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Bəs proseslər hansı səviyyədə davam edəcək? Çünki Azərbaycan tərəfinin də Ermənistana qarşı məhkəmə iddiaları var.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, bu, uzun sürən prosesdir və hələ bitməyib:

“Bu, mərhələlərdən biridir. Bir həqiqət var ki, Ermənistan nə qədər çox beynəlxalq səviyyədə nəyisə sübut etməyə çalışacaqsa, özü bir o qədər də ciddi problemlər qarşısında qalacaq. Biri var hansısa mediada, jurnalda öz fikrini bildirəsən və bu fikir həqiqətə belə uyğun olmasın, biri də var beynəlxalq səviyyədə, faktlara əsalanaraq, fikir bildirəsən. Bunlar fərqli məsələlərdir. 

Məhz buna görə Ermənistan özü 30 il müddətində Dağlıq Qarabağı tanıya bilmədi. “Soyqırımı” ilə bağlı bir iddiaya Avropa Şurasının İnsan Haqları Məhkəməsində vaxtilə baxılıb və qərar çıxarılıb ki, tarixi abidələri hüquqi müstəvidə yozmaq və don geyindirmək düzgün deyil. Bunu tarixçilər araşdırmalıdır. 

Eyni hadisənin şahidi oluruq, onların ən böyük bədbəxtliyi odur ki, yalan məlumatı yayırlar və həqiqət kimi özləri qəbul edir. Azərbaycan torpaqlarını işğal edəndən sonra fikirləşirlər ki, hə, bu erməni torpağıdır. Azərbaycan mədəniyyətinin, tarixinin hər birini dəyişdirib deyirlər ki, bunlar erməni mədəniyyətinə aiddir. Eyni şəkildə beynəlxalq qanunu da özləri istəyən şəkildə özəlləşdirməyə başlayıblar.

İkinci Qarabağ savaşı ermənilərə elə zərbə vurub ki, onların qum üstündə kiçilmiş heç bir əsası olmayan bir imarətgahının dağılmasının şahidi oluruq. Onların Qarabağ xəyalları suya düşdü, işğalçılıq siyasəti ifşa olundu. Ermənilər görürlər ki, yalanları üzə çıxır, terrora əl atırlar.

Ona görə də biz hər şeyə hazır olmalıyıq. Bununla bağlı işlərimizi düzgün və davamlı qurmalıyıq”.

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, qərar çox güman proseləri dayandırmaq üçündür:

“Faktiki olaraq bu prosesdə Azərbaycan tərəfindən hər hansı tarixi abidənin dağıdılması və başqa məsələlər yoxdur. Azərbaycan tərəfinin iddiaları var və bu iddialar əsaslıdır. Bütün tarixi mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılıb, ona görə də bu məsələdə hər hansı şəkildə Ermənilərin iddialarını qəbul etmək düzgün olmazdı. 

Belə bir qərar qəbul olunsa, məhkəmənin özünün Azərbaycan əleyhinə istəyi olduğu bilinərdi. Ermənilərin iddialarını geri çevirib, Azərbaycanın iddialarını araşdırmalıdırlar, çünki faktiki olaraq ərazi ermənilər tərəfindən işğal olunub. 

Standartların necə olacağını əvvəlcədən demək çətindir. Bütün hallarda məhkəmənin qərarının obyektiv olması Ermənistanın işğalçı dövlət kimi göstərdiyi fəaliyyətlərə münasibət ortaya qoymasından asılı olacaq. Bütövlükdə bu mübarizəni davam etdirməliyik. Gəncə, Bərdə və Tərtərdə baş vermiş terroru  gündəmdə saxlamalıyıq. 

Qabaqlayıcı addımlar atmalıyıq, əks halda, ermənilər tərəfindən bu cür iddialar qaldırılacaq və davamlı olacaq”. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı Norveçdə gecə klubuna hücum edib-Ölən və yaralananlar var

2022-06-25

gun az article

İran mollası həbsdəki əlaltısına görə Azərbaycanı hədələdi

2022-06-25

gun az article

Ceyhun Bayramov Avstriya səfiri ilə görüşüb

2022-06-25

gun az article

Ərdoğan və NATO Baş katibi arasında telefon danışığı olub

2022-06-25

gun az article

"Qız məktəblərində kişi müəllimlərin dərs deməsi qadağandır"-İran Təhsil Nazirliyi

2022-06-25

gun az article

İranda 13 milyon nəfər marginal bölgələrdə yaşayır

2022-06-25

gun az article

Britaniyanın Baş naziri: "Putinin qələbəsi fəlakətə səbəb olacaq"

2022-06-25

gun az article

Türkiyədə İrana bağlı daha 3 terror qrupu həbs edilib

2022-06-25

gun az article

Kərəcdə daha iki məhkum edam edilib

2022-06-25

gun az article

"Çətinliklər yalnız dini qaydalara əməl olunacağı təqdirdə həll ediləcək"-Məşhədin cümə imamı

2022-06-25

gun az article

İranda vəba xəstəliyi yayılıb

2022-06-25

gun az article

Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb

2022-06-25

gun az article

Avropa Birliyinin nümayəndəsi gözlənilmədən Tehrana səfər edib

2022-06-25

gun az article

Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb

2022-06-25

gun az article

Son bir ayda İrandakı edam sayında rekord

2022-06-25

gun az article

Ukraynada Rusiyanın 4 generalı, 21 polkovniki öldürülüb

2022-06-24

gun az article

Mehdiabad kitabxanasında kəşfiyyatçı İlkin Nəcəfovla görüş keçirilib

2022-06-24

gun az article

Qazaxıstandan Bakıya təyyarə reysləri açılır

2022-06-24

gun az article

Laçındakı mövqelərimiz atəşə tutuldu

2022-06-24

gun az article

Ali Radanın deputatı: “Ukrayna gələcəkdə Aİ-nin tamhüquqlu üzvü olacaq”

2022-06-24