SON XƏBƏRLƏR

Erməni terrorçu Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb

2021.11.13, 09:52
Erməni terrorçu Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb

Gunaz.tv

"Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.

Sosial şəbəkə istifadəçiləri terror aktının noyabrın 8-i çilingər qılığında təxribat törətməyə çalışarkən öldürülən diversantın qardaşı tərəfindən törədildiyini yazırlar.

Ermənistan KİV-i isə baş verən insidentə bağlı Şuşa-Laçın yolunun bağlanması barədə məlumat yayıb.

Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.

Ombudsmanın rəsmi tviter səhifəsində bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.

“Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir” - paylaşımda bildirilib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar