SON XƏBƏRLƏR

Ermənilər İranda Türkiyə və Azərbaycan əleyhinə aksiya keçirib-VİDEO

2022.04.26, 08:14
Ermənilər İranda Türkiyə və Azərbaycan əleyhinə aksiya keçirib-VİDEO

Gunaz.tv

İran hökumətinin icazəsi ilə Tehranın Sarkis və İsfahanın Vang kilsələrində keçirilən tədbirlərdə keşişlər və ermənilərin İran parlamentindəki millət vəkili çıxışlar edib.

Mərasim zamanı müxtəlif yerlərdə Ermənistan bayrağı qaldırılıb, iştirakçılar Ermənistan bayrağı ilə bəzədilmiş köynəklər və şərflər geyinib və üzərində qondarma “Qarabağ Respublikası”nın bayrağı olan maskalar taxıblar.

 İsfahanın Vang kilsəsində asılan xəritədə Türkiyə torpaqları “Qərbi Ermənistan” kimi göstərilib və üzərində “Qərbi Ermənistan azad olunmalıdır” yazılıb.

Mərasimdə çıxış edən İran parlamentinin erməni nümayəndəsi Ara Şaverdiyan hər zaman olduğu kimi türklərin ermənilərə qarşı soyqırımı barədə iddialar səsləndirib.

Tehran şəhəri ermənilərinin Arxiyepiskopu Vahə Taruyan isə çıxışında Azərbaycan və Türkiyəni ermənilərə qarşı soyqırım törətməkdə ittiham edib.

O, Qarabağın Azərbaycan ordusu tərəfindən azad edilməsini də "soyqırım" kimi qələmə verib və Azərbaycanı təhdid edərək ermənilərin bir gün geri qayıdacaqlarını deyib. 

content_image_1650879848.jpgcontent_image_1650880185.jpg

content_image_1650879889.jpg

content_image_1650879966.jpgcontent_image_1650880332.jpg

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar