SON XƏBƏRLƏR

Ermənistan Qarabağdakı itkilərin yeni sayını açıqladı

2021.12.29, 14:42
Ermənistan Qarabağdakı itkilərin yeni sayını açıqladı

Gunaz.tv

İstintaq Komitəsinin məlumatına görə, 24 dekabr 2021-ci il tarixinə kimi 44 günlük müharibə zamanı 3808 nəfər erməni hərbçi və mülki şəxs ölüb.

Komitə bildirib ki, bu il dekabrın 24-nə olan məlumata görə, 1417 nəfərin meyiti və qalıqları müəyyən edilib.

16 avqust 2021-ci il tarixinə 53 meyitin qalıqları əlavə DNT analizi üçün Hollandiyaya göndərilib, onların nəticələri alınıb. Daha 4 meyit qalıqları noyabrda göndərilib, onlardan 42-sinin DNT-si əldə edilib, 37-sinin şəxsiyyəti müəyyən edilib, 5-nin müayinəsi heç bir nəticə verməyib.

İstintaq Komitəs hələlik neçə meyit qalığının kimliyinin müəyyən edilmədiyi barədə sual cavab verməyib. Komitə qeyd edib ki, bu, istintaq sirridir.
 

İstintaq Komitəsi hələ oktyabrın 4-də 44 günlük müharibədə ölənlərin ümumi sayının 3788 nəfər olduğunu bildirmişdi. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar