SON XƏBƏRLƏR

Ermənistan Kəlbəcərdə mövqelərimizi atəşə tutub-RƏSMİ

2021.12.10, 14:21
Ermənistan Kəlbəcərdə mövqelərimizi atəşə tutub-RƏSMİ

Gunaz.tv

Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ermənistan Müdafiə Nazirliyinin bir az öncə yaydığı məlumata görə, Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində 1 erməni əsgər ölüb və bir neçəsi yaralanıb.  Ermənistan mətbuatı 3 hərbçinin yaralandığını bildirir.

Saat 14:30-a olan məlumata görə, atışma dayanıb.

 
Xatırladaq ki, dekabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmən qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar