SON XƏBƏRLƏR

Ermənistan parlamenti “Şuşa Bəyannaməsi”nin müzakirəsindən imtina etdi

2022.03.01, 09:08
Ermənistan parlamenti “Şuşa Bəyannaməsi”nin müzakirəsindən imtina etdi

Gunaz.tv

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, hakim “Mülki müqavilə” partiyasının təmsil etdiyi parlament çoxluğu “Şuşa Bəyannaməsi”nə dair bəyanat layihəsinin gündəliyə daxil edilməsinə qarşı çıxıb.

Bəyanat layihəsi müxalifədtə olan “Ermənistan” blokunun parlament fraksiyası tərəfindən irəli sürülmüşdü.

Hakimiyyətin mövqeyini hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan təqdim edib. O, Ermənistan Xarici İşlər Nazirliyinin artıq bu bəyannaməyə qiymət verdiyini bildirib.

Bu təşəbbüsün parlamentin 4 gün davam edəcək hazırkı iclasının gündəliyinə salınması təklifini cəmi 26 deputat dəstəkləyib. Eyni zamanda, 1 nəfər “əleyhinə”, 57 nəfər isə bitərəf qalıb. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar