SON XƏBƏRLƏR

Ermənistan prezidentinin məxfi xarici vətəndaşlığı və digər cinayətləri aşkarlanıb

2022.01.25, 08:41
Ermənistan prezidentinin məxfi xarici vətəndaşlığı və digər cinayətləri aşkarlanıb

Gunaz.tv

Bu barədə “Hetq.am”a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, Sarkisyan öz bəyanatında istefanın bir neçə səbəbini qeyd edib, lakin onların əsl səbəblərlə çox az əlaqəsi var. Onun vəzifədən getməsinin əsl səbəbi ən azı prezident seçilənə qədər başqa ölkənin vətəndaşlığının olması imiş.

Xüsusilə, Sarkisyan yaxın vaxtlara qədər Karib hövzəsindəki ada dövlətinin - Sent Kitts və Nevisin vətəndaşı olub.

Sərkisyan xarici ölkənin vətəndaşı olub-olmaması barədə suala cavab vermək əvəzinə sübut təqdim etməyi təklif edib.

O, xüsusən uzun illər əvvəl Sent-Kits və Nevis Federasiyasına (mehmanxana biznesi-red) sərmayə qoyduğunu, bundan sonra səhm payını ailəsinin bir üzvünə keçirdiyini iddia edib.

Sent-Kitts və Nevis hakimiyyətinin investisiya proqramı şərti ilə əcnəbilərə vətəndaşlıq vermək hüququ var. Sarkisyanın sözlərinə görə, o, Ermənistana xəbərdarlıq etmədən vətəndaşlıq alıb. 2013-cü ildə səfir təyin olunmazdan əvvəl vətəndaşlıqdan imtina barədə göstəriş verib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar