“Ermənistan rəhbərliyi Azərbaycanın şərtləri ilə razılaşacaq”-Baş redaktor

02.02.2023, 16:55

“Vardanyan ümid edirdi ki, yalançı hay-küylə Azərbaycana qarşı hansısa təzyiqlərə nail olacaq”. Bunu Araik Arutyunyanın “Qarabağda Ermənistandan daha çox silah olsa da, müharibədən qaçmaq və Azərbaycanla dialoqa getmək lazımdır” sözlərinə münasibət bildirən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

Gunaz.tv Quote | Gunaz article

O bildirib ki, Araik Arutyunyanla Ruben Vardanyanın heç bir fərqi yoxdur:

“İkisi də eyni düşüncənin daşıyıcılarıdır. Hər ikisi təkcə Azərbaycanın yox, həm də miskin ermənilərin düşmənidir. Arutyunyanın açıqlaması başqa çıxış yollarının olmadığını göstərir. 

Bu, o demək deyil ki, Arutyunyan ağıllanıb və ya “sülh göyəçini”dir. Arutyunyan da, Vardanyan da ümid edirdi ki, yalançı hay-küylə Azərbaycana qarşı hansısa təzyiqlərə nail olacaqlar. Qərbin və Rusiyanın dəstəyinə ümid bəsləyirdilər. Azərbaycana sanksiyaların tətbiqinə çalışırdılar. 

Amma istər beynəlxalq qurumlar, istərsə də ayrı-ayrı Qərb dövlətləri birmənalı şəkildə bəyan etdilər ki, heç bir sanksiyadan söhbət gedə bilməz. Bu, Azərbaycanın dəstəklənməsi deməkdir. Rusiya da bu məsələdə Azərbaycanla qarşıdurmadan çəkinir. Hesab edirəm ki, bütün cəhdləri uğursuzluğa düçar olduğuna görə Arutyunyan belə bir açıqlama ilə çıxış edib”.

O bildirib ki, Qarabağ ərazisində məskunlaşan ermənilərin başqa yolu yoxdur: 

“Onlar başa düşməlidirlər ki, Azərbaycan hökumətinin mövqeyi qətidir. Qarabağ ərazisində məskunlaşan ermənilər ya Azərbaycanın mövcud qanunlarına uyğun yaşamalı, ya da bölgəni tərk edib getməlidirlər. Moskvanın emissarı rolunda Qarabağa göndərilən Ruben Vardanyan prosesi uzatmağa cəhd edir. Görüşlər, yalançı vədlərlə miskin erməniləri aldatmağa çalışır. Amma alınmır və alınmayacaq.

Biz Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazidə məskunlaşan ermənilərlə və ya onların separatçı rəhbərlərilə sülh danışıqları aparmırıq. Onlar bizim qanunlara tabe olacaqlar və yaşayacaqlar. Tabe olmayacaqlarsa, ya məhv ediləcəklər, ya da köçüb gedəcəklər. Bu birmənalıdır”.

Baş redaktor qeyd edib ki, sülh Ermənistanla Azərbaycan arasında olacaq: 

“Lakin Ermənistan buna hələlik hazır görünmür. Paşinyan manipulyasiya edir və özünə havadar axtarır. Amma onun da başqa çıxış yolu yoxdur. Hesab edirəm ki, yaxın vaxtlarda Ermənistan rəhbərliyi reallığı tam dərk edəcək və sülh müqaviləsi üçün Azərbaycanın şərtləri ilə razılaşacaq”. (Cebhe.info)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27