Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib

24.01.2022, 00:55

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Armen Sarkisyan özü bildirib.

Ermənistan Prezidenti qeyd edib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır.

“Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, - o deyib.   

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu vəzifəyə namizədliyi həmin dövrdə dövlət başçısı olmuş Serş Sarqsyan tərəfindən irəli sürülmüşdü. 

Ermənistan Prezidenti Armen Sarkisyanın istefasının əsas səbəbləri məlum olub. Prezident istefasına bir neçə mühüm faktorun səbəb olduğunu açıqlayıb.

Armen Sarkisyan bununla bağlı bəyanatında bildirib ki, vəzifəsindən istefaya getməsinə səbəb səlahiyyətlərinin məhdud olmasıdır.

“Bu mühüm qərarı (prezident olmaq təklifi-red) qəbul edərkən mənə (2018-ci ildə-red) verilən təklifdən çıxış etdim.

Təklifə əsasən yeni prezident institutu xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı.

Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu.

Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım? Cavab aydındır, çünki mən respublika Prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşəm”. “Daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim. 

Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim.

Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır - müvafiq alətlərin olmamasıdır ki, istənilən dövlət məmuruna yalnız bir sənəd - Konstitusiya verilir. Potensial problemlərimizdən bəziləri mövcud Əsas Qanundan qaynaqlanır”, - Prezident deyib.

“Bizdə paradoksal vəziyyət yaranıb - prezident dövlətçiliyin qarantı olmalıdır, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir qurumun digər qurumdan üstünlüyünü təmin edir, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və s”., - Armen Sarkisyan vurğulayıb.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serş Sarkisyan tərəfindən irəli sürülmüşdü.

(report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhkəmə Abbas Lisaninin yenidən tibbi ekspertizaya getməsini istəyib

2022-05-28

gun az article

Urmulu milli fəal dindirilib

2022-05-28

gun az article

Təbriz universiteti Türkiyə ali məktəbləri ilə əməkdaşlıq edəcək

2022-05-28

gun az article

Tehranda güneyli ziyalı Həsən Raşidi hücuma məruz qalıb

2022-05-28

gun az article

Şəbistərdə tarixi Qoç daşları oğurlanıb-VİDEO

2022-05-28

gun az article

Əhərdə iki alpinist həyatını itirib

2022-05-28

gun az article

“Körpü”də müzakirə: “Abadan xalqının etirazları və fars olmayan xalqların həmrəyliyi"-VİDEO

2022-05-28

gun az article

“Körpü” proqramında müzakirə: “28 May müstəqillik bayramı”-VİDEO

2022-05-28

gun az article

"Başqa ölkələrdən dəvətlər var, amma Təbrizdə qalmaq istəyirəm"-Ərtoğrul Sağlam

2022-05-28

gun az article

Həmədan əyalətində səhralaşma sürətlə artır

2022-05-27

gun az article

Güclü daşqın Ərdəbil kəndlərinə ciddi ziyan vurub

2022-05-27

gun az article

Qəzvində tarixi əsər qaçaqmalçıları həbs edilib

2022-05-27

gun az article

"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

2022-05-27

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi fəlakət: Səbəblər və gələcək”-VİDEO

2022-05-27

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qaşqay türkləri”-VİDEO

2022-05-27

gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25