SON XƏBƏRLƏR

Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib-RƏSMİ-VİDEO

2022.09.14, 15:38
Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib-RƏSMİ-VİDEO

Gunaz.tv

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

O, deyib ki, Ermənistan tərəfi böyük itkilər verərək geri çəkilib. 

"Ermənistan yenə təxribat əməllərini davam etdirib. Təəssüf ki, itkilərimiz var, əlavə məlumat veriləcək", - deyə nazirlik rəsmisi qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. 

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Ayxan


Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar