SON XƏBƏRLƏR

Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına razılıq verib

2021.11.19, 13:47
Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına razılıq verib

Gunaz.tv

Bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” frakskyasının üzvü Andranik Köçəryan bildirib. O qeyd edib ki, “Danışıqlar gizli şəkildə aparılır".

“Vətəndaş müqaviləsi” partiyasının daha bir üzvü, Xarici Əlaqələr Komissiyasının rəhbəri Eduard Ağacanyan öz növbəsində bəyan edib ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamaq üçün razılıq verdiyi barədə Rusiyaya yazılı bildiriş göndərib:

"Texniki məsələlərlə bağlı razılıq əldə edilən kimi, Ermənistan komissiya yaratmağa və konkret işlərə başlamağa hazır olacaq", - Ağacanyan bildirib. (azvision.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar