SON XƏBƏRLƏR

Ermənistanda Paşinyan əleyhinə aksiyalar genişlənir

2022.04.26, 13:11
Ermənistanda Paşinyan əleyhinə aksiyalar genişlənir

Gunaz.tv

Müxalifət baş nazir Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesinə dair bir neçə səs-küylü bəyanatından sonra fəallığı artırıb.

Bu gün aksiyalara bəzi universitetlərin tələbələri də qoşulublar.

Polis əməkdaşları paytaxt universitetlərindən gələn tələbələrin Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirməsinin qarşısnı alıb. Saxlanılanlar var.

Ermənistan Milli Məclisi spikerinin müavini, “Hayastan” fraksiyasının Daşnaksutyun partiyasından olan üzvü İşxan Saqatelyan deyib ki, bu yürüşlər 5 gün davam edəcək və yekun olaraq mitinq keçiriləcək.
 

Müxalifət baş nazir Nikol Paşinyanı Qarabağı Azərbaycana verməyə hazırlaşmaqda ittiham edir. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar