SON XƏBƏRLƏR

Ermənistanda ticarət mərkəzində partlayış zamanı 1 nəfər ölüb, 34 insan xəsarət alıb

2022.08.14, 14:22
Ermənistanda ticarət mərkəzində partlayış zamanı 1 nəfər ölüb, 34 insan xəsarət alıb

Gunaz.tv

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralılardan 10-u həddi-büluğa çatmayanlardır. 

Qeyd edək ki, hadisə yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub.

Dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Bildirilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar