SON XƏBƏRLƏR

“Ermənistanla sülh müqaviləsinə Türkiyə və Fransa qarant ola bilər”-Arif Hacılı

2022.04.07, 13:11
“Ermənistanla sülh müqaviləsinə Türkiyə və Fransa qarant ola bilər”-Arif Hacılı

Gunaz.tv

“Biz hesab edirik ki, sülh danışıqları bundan sonra da bu formatda və ya ikitərəfli qaydada Bakının irəli sürdüyü baza prinsipləri əsasında davam etdirilməli, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. 

Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya, və demarkasiyası həyata keçirilməli, Azərbaycan dövləti Yuxarı Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat verməlidir”-deyə, o, bildirib.

A.Hacılının sözlərinə görə, əgər digər tərəf təhlükəsizlik üçün beynəlxalq təminat tələb edərsə bu təminatı iki NATO dövləti -Azərbaycan tərəfdən Türkiyə, Ermənistan tərəfdən Fransa öz üzərinə götürə bilər.

“İndiki mərhələdə münaqişənin həlli, regionda davamlı sülhün təmin olunması, xarici silahlı qüvvələrin ərazilərimizdən və Cənubi Qafqazdan çıxarılması üçün bizim doğru, həm də mümkün hesab etdiyimiz yol xəritəsi budur”-deyə Müsavat başqanı bildirib. (azpost.info)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar