SON XƏBƏRLƏR

Urmu Qeydiyyat İdarəsi Tura adına sənəd verməyə məcbur oldu

2023.03.09, 15:06
Urmu Qeydiyyat İdarəsi Tura adına sənəd verməyə məcbur oldu

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi paylaşım edib.

"Tura 10 aydan sonra sənəd ala bildi. Azərbaycan xalqı hələdə övladlarına ad qoymaq üçün məhkəmələrə müraqciət etməli olur",- güneyli vəkil yazıb.

İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar