SON XƏBƏRLƏR

Urmu gölü çevrəsində şiddətli duz fırtınası başlayıb-VİDEO

2022.05.09, 03:50
Urmu gölü çevrəsində şiddətli duz fırtınası başlayıb-VİDEO

Gunaz.tv

Sosial media fəallarının bölgədəki ekoloji problemi əks etdirən videolarında özəlliklə Təsuc-Salmas yolunda duz fırtınası səbəbindən nəqliyyatın hərəkətinin iflic olduğu görünür.

Mütəxəssislər gölün bərpası üçün ciddi tədbirlərin görünməyəcəyi təqdirdə, göl yatağından qalxan duz fırtınalarının bölgədə dahada təhlükəli ekoloji problemlər yaradacağı və milyonlarla insanın məcburi köçünə səbəb olacağı barədə xəbərdarlıq edirlər.

Özəlliklə son günlər bölgədə baş verən duz fırtınaları nəticəsində başda Urmu şəhəri olmaqla Qərbi Azərbaycan əyalətinin bir neçə şəhərində hava çirkliliyi təhlükəli səviyyəyə çatıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar