SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı "tvitter fırtınası" kampaniyası başladılır

2022.07.09, 05:16
Urmu gölü ilə bağlı "tvitter fırtınası" kampaniyası başladılır

Gunaz.tv

Güneyli milli, çevrə və sosial media fəalları yeni aksiyalara çağırıblar.

Sosial mediada yayılan çağırışlara görə, iyulun 9-u, Təbriz vaxtilə gecə saat 21:00, Bakı vaxtilə saat 20:30-dan Urmu gölü ilə bağlı tvitterdə "#Save_Urmia_lake" adı altında  kampaniya başladılacaq.

Qeyd edək ki, Urmu gölünün acınacaqlı durumu və hökumətin gölün bərpası ilə bağlı vədlərinin yerinə yetirilməməsinə etiraz olaraq, bir neçə gündür ki, Güney Azərbaycan şəhərlərində müxtəlif aksiyalar keçirilir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar