SON XƏBƏRLƏR

Urmu gölünün bərpasına ayrılan büdcə seçki kampaniyasına xərclənib

2022.07.16, 06:50
Urmu gölünün bərpasına ayrılan büdcə seçki kampaniyasına xərclənib

Gunaz.tv

"İbrahim Rəisi hökuməti dövründə Urmu gölünün bərpası üçün heç bir vəsait ayrılmayıb.

Urmu gölünün Bərpa Qərargahı bir sıra siyasi şəxslər və qruplar üçün arxa həyət rolunu oynayıb və gölün bərpası üçün ayrılan büdcə seçki kampaniyasına xərclənib"-deyə, Mahmudzadə bildirib.

Qeyd edək ki, Calal Mahmudzadə Soyuqbulaq (Mahabad) şəhərindən İran parlamentində təmsil olunan kürd nümayəndədir.

O, bundan öncə bir neçə dəfə Urmu gölünün bərpası üçün çaylar və bəndlərdən su çəkilməsinə qarşı çıxıb.

İyulun 12-də İran parlamentində Urmu Gölünün Bərpası Qərargahının fəaliyyəti ilə bağlı araşdırma tələbinin təsdiqi və gölün bərpası üçün yeni layihələrin səsə qoyulması zamanı bir neçə deputat, o cümlədən Calal Mahmudzadə bunun əleyhinə səs verib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar