SON XƏBƏRLƏR

Urmu gölünün bərpasına dövlət büdcəsindən vəsait ayrılmayıb

2021.12.24, 09:20
Urmu gölünün bərpasına dövlət büdcəsindən vəsait ayrılmayıb

Gunaz.tv

O, bir sıra layihəkərin hazır olmasına baxmayaraq, onlardan istifadəyə başlanılmadığını və bunun araşdırılmasına ehtiyac olduğunu söyləyib. 

Vali eyni halda bir sıra işlərin görüldüyünü, ancaq yağıntıların az olması və quraqlıq səbəbindən Urmu gölündə suyun həcmində artım müşahidə olunmadığını qeyd edib. 

“Qarşıdakı günəş ilinin dövlət büdcəsindən Urmu gölünün bərpa layihələrinə heç bir vəsait ayrılmayıb.

Əyalətin Planlaşdırma və İdarəetmə Təşkilatı bununla bağlı iş görməli, bərpa işləri ilə bağlı ödənilməyən vəsaitlərin əldə edilməsinə çalışmalıdır” –deyə, Abdin Xurrəm bərpa işləri üçün nəzərdə tutulan  öncəki illərdəki vəsaitlərində ödənilmədiyini bildirib. 

Qeyd edək ki, hökumətin bir sıra layihələri həyata keçirmək iddialarına baxmayaraq Urmu gölündə quruma prosesi davam edir. 

Hal-hazırda göldə suyun həcmi bu günə kimi ən aşağı səviyyəyə, 1.8 milyard kubmetrə çatıb və bu ekoloqların ciddi narahatlığına səbəb olub. 

Məsələ ilıə bağlı açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib. 

پیگیر اعتبارات سال جاری و مطالبات گذشته برای احیای دریاچه ارومیه باشیم -  یاز اکو

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar