SON XƏBƏRLƏR

Urmu gölünün quruması ətraf bölgələrdə kənd təsərrüfatının məhvinə səbəb olub

2022.07.21, 06:07
Urmu gölünün quruması ətraf bölgələrdə kənd təsərrüfatının məhvinə səbəb olub

Gunaz.tv

Ekoloqların və çevrə fəallarının verdiyi məlumata görə, Şərqi Azərbaycan əyalətinin Binab və Şəbistər bölgələrində duz fırtınaları və yeraltı su qaynaqlarının şorlaşması nəticəsində badam bağları quruyaraq sıradan çıxıb.

Məsələ ilə bağlı açıqlama verən Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı Təşkilatının başçısı Əkbər Fəthi faktı təsdiqləyib.

O, badam bağları ilə yanaşı bölgə əhalisinin iqtisadi gəlir əldə etməsində önəmli rol oynayan uzum meynəliklərinin də məhv olduğunu deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar