SON XƏBƏRLƏR

Urmu gölünün sahəsi bir il ərzində 1297 kvadrat kilometr kiçilib

2022.01.17, 11:15
Urmu gölünün sahəsi bir il ərzində 1297 kvadrat kilometr kiçilib

Gunaz.tv

Onun sözlərinə görə, hal-hazırda Urmu gölünün sahəsi 2027 kvadrat kilometrdir. 

Yasir Rəhbərdin deyib ki, bununla da ötən ilin oxşar dövrünə nisbətdə gölün sahəsi 1297 kvadrat kilometr kiçilib.

Ötən ilin bu dövründə göldə suyun səviyyəsinin 1274.1 metr olduğu halda hazırda bu 1270.65 metrə bərabər olduğu üçün suyun səviyyəsində kəskin azalma müşahidə olunur.

“Son statistikaya görə, Urmu gölündə mövcud olan su həcmi 2.73 milyard kubmetrdir. Ötən ilin eyni dövründə bu 4.71 milyard kubmetrə bərabər idi və bu müddət ərzində gölün su həcmi 1.98 milyard kubmetr azalıb”-deyə, Rəhbərdin bildirib.

Qeyd edək ki, Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb. 

Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.  

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar