SON XƏBƏRLƏR

Urmu gölünün sahəsində yenidən kiçilmə qeydə alınıb

2022.02.12, 14:02
Urmu gölünün sahəsində yenidən kiçilmə qeydə alınıb

Gunaz.tv

İran Energetika Nazirliyinin fevralın 11-də verdiyi məlumata görə, Urmu gölünün su səviyyəsi fevralın 11-də 1270,70 olaraq ölçülüb və bununlada ötən ilin eyni dövrü ilə müqayisədə göldə su səviyyəsin 58 sm azalıb.

Gölün su sahəsi ötən ilin oxşar dövrü ilə müqayisədə 1277 kvadrat kilometr azalaraq 2261 kvadrat kilometrə, suyun həcmi isə bir ildə 1,89 milyard kubmetr azalaraq 2 milyard 89 milyon kubmetrə düşüb.

Urmu gölünün bərpası ilə bağlı verilən vədlərə baxmayaraq, gölün su səviyyəsi normaldan 3,4 metr, sahəsi 2374 kvadrat kilometr, su həcmi isə 12,61 milyard kubmetr azdır.

Qeyd edək ki, sabiq prezident Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb. 

Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.   

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar