SON XƏBƏRLƏR

Urmu gölündə suyun həcmi iki dəfə azaldı

2021.10.20, 07:36
Urmu gölündə suyun həcmi iki dəfə azaldı

Gunaz.tv

O, bunu illik yağıntıların azlığı, gölə buraxılmalı olan illik su payının verilməməsi və başqa təbii axıntıların kəskin azalması ilə əlaqələndirib.

“Hazırda göldə mövcud olan suyun həcmi 2 milyard 450 milyon kubmetr, su səviyyəsi isə açıq dənizlərin səthinə nisbətdə 1270 metrdir. Bu ötən ilin oxşar dövrü ilə müqayisədə 63 sm azdır” –deyə, Rəhbərdin “İrna” agentliyinə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, ötən ilin bu dövründə gölün sahəsi 3470 kvadrat kilometr olmasına baxmayaraq, bu sahə hazırda 1777 kvadrat kilometrə qədər, yəni 1701 kvadrat kilometr kiçilib.

Yasir Rəhbərdin hal-hazırda Qərbi Azərbaycanda ciddi su çatışmazlığı probleminin olduğuna toxunaraq, əyalət bəndlərinin yalnız 30%-da su olduğunu söyləyib.

“İndi Qərbi Azərbaycanın 14 su bəndində mövcud olan ümumi su həcmi 590 milyon kubmetrdir. Ötən ilin oxşar dövrü ilə müqayisədə su bəndlərində mövcud olan su həcmində 23% azalma qeydə alınıb”-deyə, Regional Su Şirkətinin başçısı bildirib.

Yasir Rəhbərdin dekabrın 22-də Tehranda İran prezidenti İbrahim Rəisinin nəzdində Urmu gölünün bərpası məsələlərinin müzakirəsinə həsr olunacaq toplantının keçiriləcəyini deyib və əlavə edib ki, bu toplantında gölə buraxılmalı olan illik su həcmi bəlli olacaq.

C.E 

حجم آب دریاچه ارومیه نصف شد

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar