SON XƏBƏRLƏR

Urmu gölündə ekoloji problem böhran həddinə çatıb

2022.01.03, 12:56
Urmu gölündə ekoloji problem böhran həddinə çatıb

Gunaz.tv

Göl son 3 ildə ən ciddi ekoloji problemlə üz-üzədir.

Yanvarın 1-də İranın Energetika Nazirliyinin statistikasına əsasən yayılan məlumatlara görə, hal-hazırda göldə suyun səviyyəsi 1270.65 metr olmaqla, ötən ilin oxşar dövrü ilə müqayisədə daha 61 santimetr azalıb.

Bununla yanaşı göğlün sahəsində də ciddi azalma müşahidə olunur və onun sahəsi ötən ilin müvafiq dövrünə nisbətdə 1350 kvadrat kilometr kiçilib.

Hal-hazırda 2.7 milyard kubmetr su həcminə malik olan Urmu gölünün suyu ötən ilin eyni dövrü ilə müqayisədə 1.98 milyard kubmetr azalıb.

Qeyd edək ki, hökumətin bir sıra layihələri həyata keçirmək iddialarına baxmayaraq Urmu gölündə quruma prosesi davam edir. 

Məsələ ilə bağlı açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar