SON XƏBƏRLƏR

Urmu gölündə suyun həcmi azalır

2021.10.20, 07:36
Urmu gölündə suyun həcmi azalır

Gunaz.tv

Höccət Cabbari sentyabrın 30-da mətbuata verdiyi açıqlamada Urmu gölündə su həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 1.5 milyard kubmetr azaldığını deyib.

O, Urmu gölünə lazım olan illik su axınının 3.4 milyard kubmetr olduğunu deyib, cari ildə yağıntıların 22% azalmasına görə, bunun kəskin azaldığını və nəticədə göldə su həcminin  aşağı düşməsinə səbəb olduğunu bildirib.

Cabbari hazırda Urmu gölündə su səviyyəsinin 1270.64 olaraq qeydə alındığını və ötən ilin oxşar dövrü ilə müqayisədə 62 santimetr azalma müşahidə edildiyini söyləyib.

 Ətraf Mühitin Mühafizə Təşkilatının sədr müavini hal-hazırda gölün sahəsinin 1262 kvadrat kilometr olduğunu deyib.

O, ötən ilin oxşar dövründə bunun 2062 kvadrat kilometr olduğunu və bu müddət ərzində 800 kvadrat kilometr daha azaldığını bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin meteorologiya İdarəsinin verdiyi son məlumata görə, cari yağış ilində əyalətə düşən yağış miqdarı 279.8 mm, ötən ilin oxşar dövründə isə bu 381.4 mm olub. 
Ötən illə müqayisədə yağıntı miqdarı 101.6 mm azalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar