SON XƏBƏRLƏR

Urmu gölünün quruması ciddi ekoloji problem yaradır: Nadir heyvan növləri tələf ola bilər

2021.10.20, 07:36
Urmu gölünün quruması ciddi ekoloji problem yaradır:  Nadir heyvan növləri tələf ola bilər

Gunaz.tv

Höccət Cabbari bununla bağlı bu gün oktyabrın 6-da mətbuata verdiyi aqçıalamda bildirib.

O, suyun quruması nəticəsində Aşk və Kəbudan adalarının gölün cənub sahilləri ilə birləşdiyini deyib. Onun szölrinə görə, bu, vəhşi təbiətə, qoç özəlliklə bölgəyə xas olan “Sarı maral” növlərinin həyatının risk altına düşməsinə səbəb olub.

“Suyun azalması bitki örtüyünün aradan getməsi ilə yanaşı adaların quru ilə birləşməsinə, adı çəkilən nadir heyvan növlərinin adalardan çıxaraq ətraf bataqlıqlarda məhv olmasına səbəb olacaq”-deyə, H.Cabbari bildirib.

Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin sədr müavini eyni halda belə olduğu təqdirdə yırtıcı heyvanların bölgəyə girməsinə, ekosistemin kəskin dəyişməsinə səbəb olacağını qeyd edib.

Qeyd edək ki, adı çəkilən adalar Urmu gölünün ən böyük adalarından sayılır.

Aşk adası 2300 hektar sahə ilə gölün ikinci ən böyük adası sayılır və nadir maral və qoç növlərinin təhlükəsiz yaşayış yeri hesab edilir.

Adada mövcud olan münbit şərayit “Sarı maral” növünün ölkə və bəzi mütəxəssislərə görə dünya üzrə ən çox törəyən növünə çevrilməsinə səbəb olub.

Hal-hazırda gölün quruması, adanın quru ilə birləşməsi, bitki örtüyünün azalması və yırtıcı heyvanların bölgəyə ayaq açması son illər ərzində Sarı maral sayının 30% azalmasına səbəb olub.

C.E

حقابه تالاب‌های آذربایجان‌غربی ۶۵ میلیون مترمکعب است

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar