SON XƏBƏRLƏR

Urmu gölündə suyun səviyyəsi kəskin azalıb

2021.10.20, 07:36
Urmu gölündə suyun səviyyəsi kəskin azalıb

Gunaz.tv

O, Urmu gölündə böhranlı durumun davam etdiyini,  suyun səviyyəsinin və gölün sahəsinin azaldığını deyib.

O, hazırda göldə su səviyyəsinin 1270.64  metr olaraq ölçüldüyünü, ötən ilin oxşar dövründə bunun 1271.26 metr olduğunu və bu müddət ərzində 62 sm azaldığını açıqlayıb.

Cabbari ötən ilin eyni dövrü ilə müqayisədə gölün sahəsinin 1262 kvadrat kilometr daha kiçildiyini, mövcud su həcminin 2 milyard kubmetr azaldığını vurğulayb. 
O, Urmu gölündə böhranlı durumun davam etməkdə və günü-gündən dərinləşməkdə olduğu barədə xəbərdarlıq edib.

Ətraf Mühitin Mühafizəsi Təşkilatının nümayəndəsi carı yağış ilində Urmu gölü su hövzəsinə düşən yağıntı miqdarının ötən illə müqayisədə 22%, uzun müddətli dövrlə müqayisədə isə 18% azaldığına diqqət çəkərək “Aşk” və “Kəbudan” adalarının cənub bölmələrində suyun tamamilə qurumaqda olduğunu bildirib. 

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar