SON XƏBƏRLƏR

Urmuda ekoloji fəlakət: Göldə canlı mühit məhv olur

2021.11.01, 13:50
Urmuda ekoloji fəlakət: Göldə canlı mühit məhv olur

Gunaz.tv

O, mediaya verdiyi açıqlamada bildirib ki, göldə canlılar, özəlliklə quşlar tələf olur və suda mövcud olan duz kristallaşdığı üçün Ətraf mühitin Mühafizəsi İdarəsinin əməkdaşları qayıqla hərəkət edə, canlıların həyatını qurtara bilmirlər.

Qeyd edək ki, bir neçə gün öncə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin belə davam edərsə payızın sonuna kimi Urmu gölünün xəritədən silinə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekoloji böhranlar üzrə ekspert və İranın Ekoloji Risklər və Davamlı İnkişaf Assosiasiyasının üzvü Məhəmmədrza Məhbubfər isə, Urmu gölünün bərpası ilə bağlı bütün layihələr iflasa uğraydığını, ayrılan pulların hara

getdiyinin bəlli olmadığını və problemin məsulların iddia etdiyindən daha ciddi, faciə həddində olduğunu bildirib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar