SON XƏBƏRLƏR

Urmu gölünün sahilində torpaq çökməsi baş verib

2022.02.15, 11:06
Urmu gölünün sahilində torpaq çökməsi baş verib

Gunaz.tv

“Çökmənin çimərliklər, göllər və limanlar boyunca baş verməsi inandırıcı olmasada təəssüf ki, son çöl tədqiqatlarına əsaslanaraq Urmu gölünün şərq sahillərində, Dizəc Xəlil ilə Şərəfxanə limanı arasındakı ərazidə çatlar aşkar etdik.

Bölgənin 2 km-də çatlar və çökmə boşluqları qeydə alınıb”-deyə, Beytullahı özünün sosial media hesabında yazıb.

Onun yazdığına görə, Qərbi Azərbaycan əyalətində qrunt sularının 70% azalmasından sonra çökmə, torpaq sürüşmələri müşahidə olunub və Urmu gölünün suyunun səviyyəsinin azalmasından sonra gölün şərq sahilləri də bundan təsirlənib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar